Əfqan Sadıqov həbs edildi

“Arvadımı döymüşəm, atasını da yandırmışam” - Əli Mirəliyev


"Ata-anama nəsə deyəcək, mən baxacam onun üzünə?! Arvadımı döymüşəm, atasını da yandırmışam. Olanı deyirəm, nə yalan deyim"

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Əli Mirəliyev ARB TV-nin “Səhər-Səhər” verlişində deyib. 

"Qadına şiddət" mövzusunda müzakirə aparılarkən fikirlərini bölüşən sənətçi qadına əl qadırmağa meyilli olduğunu deyib:

"Yalandan efirdə deyim ki, yox biz mehribanıq? Evdə ər-arvad bir-birini yola verirsə, o normal ailə deyil. Gedirsən evdən kənarda çalışırsan, işləyirsən min söz-söhbət eşidirsən, üzün danlanır. Sonra gəlirsən evə. Bir də evdəki pulunu alandan sonra qan uddurur. Deyirəm, eləsinin ağzının üstünə bir dənə sillə vur”.


Bu dövrdə xəbər yoxdur.

“Arvadımı döymüşəm, atasını da yandırmışam” - Əli Mirəliyev - Milliyol.az