Əfqan Sadıqov həbs edildi

“Arsenal”ın Bakıda “Qarabağ”a qol vuran futbolçusu zədələnib  

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan İngiltərənin “Arsenal” klubunun və Yunanıstan milli komandasının futbolçusu Sokratis Papastatopulos zədələnib

30 yaşlı müdafiəçisi yığmanın heyətində Finlandiyaya 0:2 hesabı ilə məğlub olduqları UEFA Millətlər Liqasının IV tur matçında xəsarət alıb.

İlk hissənin sonlarında ayaq biləyi burxulan təcrübəli oyunçu matça davam edə bilməyib və 46-cı dəqiqədə əvəzlənib. Onun yaşıl meydanlardan uzaq qalacağı vaxta bu gün keçiriləcək tibbi müayinədən sonra aydınlıq gələcək.

Qeyd edək ki, Avropa Liqasının E qrupunda yer alan "Arsenal" “Qarabağ”la II turda üz-üzə gəlib. Bakı Olimpiya Stadionunda keçirilmiş görüş "topçular"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Həmin matçda ilk qolu Sokratis Papastatopulos vurub. Bu komandalar arasında Londondakı qarşılaşma dekabrın 13-də oynanılacaq.(Report)

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

“Arsenal”ın Bakıda “Qarabağ”a qol vuran futbolçusu zədələnib - Milliyol.az