Əfqan Sadıqov həbs edildi

Arif Hacılı: “İsa bəyin səhhəti qaydasındadır”


Müsavat Partiyasının başqanı Arif Hacılı fevralın 26-da Mərkəzi Klinik Xəstəxanada Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərə baş çəkib

Novator.az-a açıqlamasında Arif Hacılı bildirib ki, İsa Qəmbər özünü yaxşı hiss edir: “İsa bəyin səhhəti qaydasındadır, həkimlərin qərarı ilə bu gün xəstəxanadan evə buraxıla bilər”.

İsa Qəmbər fevralın 23-dən Mərkəzi Klinik xəstəxanada müayinə olunur. O, yanvarın 13-dən 18-dək Mərkəzi Klinik Xəstəxanada ürəyindən müalicə olunub, sonra müalicəsini evdə davam etdirib.

İsa Qəmbər 1988-1991-ci illərdə milli azadlıq hərəkatının liderlərindən biri, 1992-1993-cü illərdə Milli Məclisin sədri olub, 1992-ci il mayın 18-dən iyunun 17-dək prezident səlahiyyətlərini icra edib. 1992-2014-cü illərdə Müsavat Partiyasının başqanı postunu tutub.
Arif Hacılı: “İsa bəyin səhhəti qaydasındadır” - Milliyol.az