Araik Arutunyan istefa verdi

Azərbaycanın Qarabağ iqtisadi rayonundakı terrorçu-separatçıların başçısı Araik Arutunyan istefa verib.

MilliYol.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə səhifəsində yazıb.

O, 2020-ci il may ayının 21-dən terrorçu-separatçılara rəhbərlik edirdi.

Arutyunyan bu gün Qurgen Nersisyanı “dövlət naziri” vəzifəsindən kənarlaşdırıb və onun yerinə geniş səlahiyyətlər verilmiş Sergey Şahramanyanı “Təhlükəsizlik Şurasının katibi” təyin edib.