Ankarada kafe atəşə tutuldu: 1 ölü, 4 yaralı


Türkiyənin paytaxtı Ankaranın Mamak rayonunda 3 naməlum şəxs qəhvəxanaya silahlı hücum təşkil edib

Maskalı şəxslərin qəhvəxanadakılara atəş açması nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

Yaralılar dərhal xəstəxanaya çatdırılıb.

Hücumu təşkil edən şəxslər gəldikləri avtomobillə hadisə yerindən qaçıblar.

Polis araşdırma aparır. (trend)