Əfqan Sadıqov həbs edildi

“Anamı və bacımı bu xəstəlik apardı“


"Anamı ağciyər xərçəngindən itirmişəm. Bacım da çox gənc yaşında xərçəngdən dünyasını dəyişib"

Bu sözləri APA TV-yə müsahibəsində xərçənglə mübarizə aparan tanınmış aparıcı-vəkil Zülfiyyə Bayramova deyib.

Z.Bayramova anası və bacısından sonra sözügedən xəstəliyin onu da yaxalayacağını gözləyirmiş. O düşünür ki, bu xəstəliyin adını eşidən hər kəs ölüm haqda düşünür və ölümə doğru gedir: "Ayaqda olmağımın səbəbi bu xəstəliyə qalib gələ bilməkdir. Yox, əgər yatdınsa, o, səni mütləq üstələyəcək. Ona görə də mən bacardığım qədər ayaqda qalıram. Kimya terapiyasının ağrılarını onu yaşayan bilir. Amma buna rəğmən ayaqdayam və göstərirəm ki, hamı ayaqda olsun. İstər Türkiyədə, istərsə də Milli Onkologiya Mərkəzində mənə birinci bunu demişdilər - bolluca su iç və hərəkət elə. Bunun birinci dərmanı budur".

Allahın sevdiyi bəndələrini imtahana çəkdiyini deyən Z.Bayramova övladları ilə imtahan olunmaması üçün hər zaman Allaha əl açdığını bildirib: "Anam və bacımdan sonra söz vermişəm ki, bu xəstəliyə qalib gəlib, bunu nəslimizdən uzaqlaşdıracağam".

Bu dövrdə xəbər yoxdur.

“Anamı və bacımı bu xəstəlik apardı“ - Milliyol.az