Aktyor Əmrulla Nurullayev infarkt keçirməsinin səbəbini açıqlayıb
O, AzNews.az-a açıqlamasında bildirib ki, səhhətinin qəfil pisləşməsinə səbəb, bir müddət öncə İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru Sərdar Əliyevlə arasında yaşanan münaqişədir:
“Biz onunla münaqişə etdik. Həmin vaxt səhhətim pisləşdi. Bir neçə gün sonra həkim mənə infarkt keçirdiyimi bildirdi...
Məni bu günə o qoydu. Sərdar Əliyev məni hamının yanında təhqir etdi. Aramızda yaranan münaqişə rəhbərlik səviyyəsində müzakirəyə çıxarıldı. İftixar müəllim bizi onunla barışdırdı. Amma artıq ürək öz işini görmüşdü. Ürəyimin funksiyası çox aşağı düşüb”.


































