Əfqan Sadıqov həbs edildi

Ajda Pekkan: “Bakı üçün çox darıxmışdım”


Türkiyənin əfsanəvi müğənnisi Ajda Pekkan Bakıda səfərdədir

Musavat.com xəbər verir ki, “Nargis Magazine” jurnalının 5 yaşı üçün paytaxtımıza təşrif buyuran müğənni təəssüratlarını sosial şəbəkədə bölüşüb: “Bakıya gəldiyim üçün çox xoşbəxtəm. Çünki bura üçün darıxmışdım. İnanılmaz sürprizlərlə qarşılaşdım. Necə də qonaqpərvərsiz. Bir-birimizi çox sevirik. Hamınız gözümün nuru, canımsız, ciyərimsiz. Sizləri çox sevirəm. Yanvarın 13-də görüşmək diləyi ilə…”

Onu qarşılayan komanda türkiyəli ulduza sürpriz hazırlayıb. onun üçün qızılgül ləçəkləri ilə stolun üzərinə “Xoş gəldin, Ajda Pekkan” sözlərini yazıb.

Qeyd edək ki, Ajda Pekkan yanvarın 13-ü Heydər Əliyev Sarayında konsert verəcək.

Bu dövrdə xəbər yoxdur.