Əfqan Sadıqov həbs edildi

Ağsuda və Qaxda yanğın: 28,5 6 ton ot kül oldu


Ağsuda və Qaxda yanğın hadisələri qeydə alınıb

MilliYol.Az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən bildirir ki, Ağsu rayonu, Yenilik kəndində ümumi sahəsi 126 m2 olan tövlənin yanar konstruksiyaları və damına yığılmış 30 ton ot bağlamasının 22,5 tonu yanıb.

Yanğın zamanı tövlənin içərisində olan 2 baş iribuynuzlu (dana), 2 baş xırdabuynuzlu (qoyun, keçi) yanaraq tələf olub. Otun qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Qax rayonu, Ləkit Kötüklü kəndində isə 13 ton ot tayasının 6 tonu yanıb. Ot tayasının qalan hissəsi yanğından mühafizə olunub.

MilliYol.Az 

Bu dövrdə xəbər yoxdur.

Ağsuda və Qaxda yanğın: 28,5 6 ton ot kül oldu - Milliyol.az