Əfqan Sadıqov həbs edildi

Ağstafada iki avtomobil toqquşub, beş nəfər xəsarət alıb


Ağstafada baş verən avtomobil qəzasında 2-si uşaq olmaqla 5 nəfər xəsarət alıb

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Ağstafa şəhərində iki avtomobilin toqquşması nəticəsində 1982-ci il təvəllüdlü İqbal Namazov, onun həyat yoldaşı 1987-ci il təvəllüdlü Namazova Aytən Alı qızı və 5 yaşlı övladları Yusif xəsarət alıblar. Həmçinin avtomobildə olan 1989-cu il təvəllüdlü Alıyeva Aygün Valeh qızı və 1 yaşlı Əliyev Onur Vüqar oğlu da xəsarət alıblar. Xəsarət alanlar Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Məlumata görə İ. Namazov rayon xəstəxanasında reanimotoloq işləyir.

 MilliYol.Az
Ağstafada iki avtomobil toqquşub, beş nəfər xəsarət alıb - Milliyol.az