Əfqan Sadıqov həbs edildi

Ağır qəzada ölən qohumların fotosu

Xəbər verdiyimiz kimi, dünən Salyanda baş verən ağır yol-nəqliyyat hadisəsi 3 nəfərin həyatını itirməsi ilə nəticələnib.
 
"QAZ 3110” markalı avtomobilin su kanalına düşməsi nəticəsində yaxın qohum olan 1971-ci il təvəllüdlü Sərraf Qafarov, 1989-cu il təvəllüdlü Camal Dəmirov və 1987-ci il təvəllüdlü Ramiq Həsənov vəfat edib.
 
Onların suya düşən maşında boğularaq ölməsi məlum olub.
 
Qeyd edək ki, hər 3 şəxs əkin sahəsinə gedərkən hadisə baş verib.
 
Faktla bağlı araşdırma aparılır.
 
Vəfat edən şəxslərin fotosunu təqdim edirik.//Qafqazinfo
 

Bu dövrdə xəbər yoxdur.

Ağır qəzada ölən qohumların fotosu - Milliyol.az