Əfqan Sadıqov həbs edildi

Ağdaşda 3 yaşlı qızı avtomobil vuraraq öldürüb


Ağdaş rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

MilliYol.Az APA-ya istinadən xəbərinə görə, hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağdaşın Xosrov kəndi ərazisində qeydə alınıb.
 
Ağdaşın Şəmsabad kənd sakini Hacıyev Muxlis Oqtay oğlu 10-KV-122 dövlət nömrə nişanlı, "Hyundai" markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən yola çıxan azyaşlını, 2014-cü il təvəllüdlü Mirzəliyeva Şəlalə Rasim qızını vurub.
 
Uşaq aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
 
Faktla bağlı araşdırma aparılır.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Ağdaşda 3 yaşlı qızı avtomobil vuraraq öldürüb - Milliyol.az