Əfqan Sadıqov həbs edildi

Adil Kərimlidən növbəti təyinat (FOTO)

Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinə rəis təyinatı olub. Bu barədə Mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli əmr imzalayıb. 
 
Bizim.Media xəbər verir ki, mədəniyyət nazirinin əmri ilə  Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə Aqaəli Cəlilov təyin edilib. 
 
Yeni rəis əmək fəaliyyətinə 1984-cü ildən Turan qəsəbə Mədəniyyət Evində metodist kimi başlayıb. 2014-cü ildən M.F.Axundzadə adına Şəki Mədəniyyət Mərkəzinin direktoru kimi fəaliyyət göstərib.
 
61 yaşlı Aqaəli Cəlilov Azərbaycan Dövlət İncəsənət İnstitutunun məzunudur. 
 

Bu dövrdə xəbər yoxdur.

Adil Kərimlidən növbəti təyinat (FOTO) - Milliyol.az