Əfqan Sadıqov həbs edildi

Acun İlıcalı məhkəməni uduzdu


TV8-in rəhbəri Acun İlıcalı "O səs Türkiyə" və "Yetenek sizsiniz" kimi yarışmalarda mahnıların icazəsiz istifadəsinə görə məhkəməyə verilib

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Sezen Aksu, İbrahim Tatlıses, Orhan Gencebay, Ferdi Tayfur, Ahmet Kaya, Müslüm Gurses kimi məşhurlarla işləyən Burhan Bayar və həmin əsərlərin müəllif hüquqlarının aid olduğu şirkət 4 il əvvəl məhkəməyə müraciət etmişdi.
 
Məhkəmə martın 31-də Acunun 45 min lirə maddi-mənəvi təzminat ödəməsinə qərar verib. İlicalının vəkili məhkəməyə təkrar müraciət etsə də, qərar dəyişməyib.

İcazəsiz istifadə olunan mahnılar arasında "Mutlu Ol Yeter", "Mavi Mavi", "Gülüm Benim", "Yalnızım Dostlarım", "Vur Gitsin Beni", "Acılar", "Bebeğim" kimi məşhur mahnılar var. Mahnıların yarışmadakı yayımından başqa saytda da yerləşdirilməsi xüsusi vurğulanıb.

 MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

Acun İlıcalı məhkəməni uduzdu - Milliyol.az