Abşeronda avtomobildən 10 min dollar oğurlayan şəxslər saxlanıldı

Abşeronda avtomobildən 10 min dollar oğurlayan şəxslər saxlanılıb

DİN-dən verilən məlumata görə, Abşeron rayon Polis idarəsinin əməkdaşları tərəfindən avqustun 17-də rayon ərazisindəki avtomobillərin birindən 10 000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Masazır qəsəbə sakini Kamal Quliyev və Sabirabad rayon sakini Cavidan Mahmudlu saxlanılıblar.

MilliYol.Az