Əfqan Sadıqov həbs edildi

ABŞ səfirliyinin avtomobili Bakıda qəzaya düşüb


Bakıda diplomatik nümayəndəliyin avtomobili qəzaya düşüb

APA-nın məlumatına görə, hadisə Nəsimi rayonu, Səməd Vurğun küçəsində qeydə alınıb.
 
ABŞ-ın Bakıdakı səfirliyinə məxsus “Ford” markalı, 006 T 052 dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhər sakini Tuncay Cəfərovun idarə etdiyi “Mercedes” markalı maşınla toqquşub.
 
Nəticədə xəsarət alan olmayıb. Hər iki maşına yüngül ziyan dəyib.
 
Faktla bağlı araşdırma aparılır. 

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

ABŞ səfirliyinin avtomobili Bakıda qəzaya düşüb - Milliyol.az