Əfqan Sadıqov həbs edildi

ABŞ səfirliyi "Eurovision" zamanı İsraildə terror hücumları təhlükəsi barədə xəbərdarlıq edib

ABŞ-ın Qüdsdəki səfirliyi İsraildəki vətəndaşlarını terror aktları və raket hücumları təhlükəsi ilə əlaqədar diqqətli və ehtiyatlı olmağa çağırıb

Bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir.

ABŞ-ın diplomatik missiyasından bildiriblər ki, terror aktları zaman olaraq Tel-Əvivdə keçiriləcək "Eurovision" mahnı müsabiqəsi ilə üst-üstə düşə bilər.

"Terror qruplaşmaları hücum üçün ABŞ-ın Qüdsdə səfirlik açmasının ildönümünü və fələstinlilərin qeyd etdiyi Nakba Gününü (15 may) seçə bilər ki, bu da Tel-Əvivdə keçiriləcək "Eurovision" mahnı müsabiqəsi ilə eyni vaxta düşür", - ABŞ səfirliyinin məlumatında deyilir.

Məlumatda ABŞ vətəndaşlarının diqqətli olmalarının və təhlükəsizlik üçün lazımi addımlar atmalarının və tədbirlər görmələrinin zəruriliyi də vurğulanıb.

MilliYol.az

Bu dövrdə xəbər yoxdur.

ABŞ səfirliyi "Eurovision" zamanı İsraildə terror hücumları təhlükəsi barədə xəbərdarlıq edib - Milliyol.az