Əfqan Sadıqov həbs edildi

ABŞ-la Türkiyəni üz-üzə gətirən rahib Konstitusiya Məhkəməsinə müraciət edəcək

ABŞ-la Türkiyəni üz-üzə gətirən və hazırda İzmirdə ev dustaqlığında saxlanılan rahib Branson sabah Konstitusiya Məhkəməsinə müraciət edəcək

MilliYol.Az Strateq.az-a istinadən bildirir ki, bu barədə rahibin vəkili İsmayıl Cem Halavurt açıqlama verib.

O, Ana Yasa məhkəməsinə müraciətin müvəkkili haqqında verilmiş ev həbsinin aradan qaldırılması ilə bağlı olduğunu deyib: “Biz Bransonun üzərindən ev dustaqlığın götürülməsi ilə yanaşı, onun xaricə çıxışına qoyulmuş qadağanın da ləğv eidlməsini tələb edəcəyik”.

Qeyd edək ki, amerikalı rahib oktyabrın 12-də hakim qarşısına çıxarılacaq. Əgər barəsində casusluq, PKK və FETÖ terror təşkilatlarına yardım göstərmək kimi ittihamlar təsdiqlənərsə, o zaman Bransonu 35 ilə qədər həbs cəzası gözləyir.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

ABŞ-la Türkiyəni üz-üzə gətirən rahib Konstitusiya Məhkəməsinə müraciət edəcək - Milliyol.az