Əfqan Sadıqov həbs edildi

ABŞ-ın yeni birinci xanımı - FOTOLAR

ABŞ prezident seçkilər i Respublikaçılardan Donald Trampın qələbəsi ilə başa çatıb. Seçim prosesi boyunca ən az Tramp qədər xanımı Melania da gündəmi zəbt edib.

MilliYol.Az aznews.az-a istinadən xəbər verir ki, qatıldığı bütün seçki kampaniyalarında çox da həvəsli kimi görünməyən Melania xüsusilə çıxışı ilə gündəmə gəlib. İddialara görə, Melania Trampın çıxışı Mişel Obamanın 8 il öncəki çıxışının təkrarı olub. 

Bəs Melania Tramp kimdir? Bu zamana qədər hansı işlərlə məşğul olub?

Melania Tramp 1970-ci il aprelin 26-da anadan olub. “Sindrella” ləqəbi ilə tanınan keçmiş model bir müddətdir ki, ləl-cəvahirat və saat dizayneri kimi çalışıb. 2005-ci ildə Donald Trampla ailə quran modelin bu evlilikdən Barron Tramp adlı oğlu dünyaya gəlib.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

ABŞ-ın yeni birinci xanımı - FOTOLAR - Milliyol.az