Əfqan Sadıqov həbs edildi

ABŞ-da qasırğa qurbanlarının sayı 13 nəfərə çatıb

Daşqın təhlükəsi qalmaqdadır

ABŞ-da tüğyan edən “Florens” qasırğası qurbanlarının sayı 13 nəfərə çatıb.

Trend-in məlumatına görə, daha əvvəl 11 nəfərin öldüyü bildirilirdi. Atlantik okeanında tüğyan edən “Florens” ABŞ sahillərinə cümə günü çatıb. Lakin sonra zəifləyib. Küləyin sürəti saatda 75 kilometri ötmür. Təbii hadisənin tüğyan etdiyi yerlərdə daşqın təhlükəsi qalmaqdadır. Şimali və Cənubi Karolinanın 27 mindən çox sakini müvəqqəti sığınacaqlara yerləşdiriliblər. Minlərlə insan elektrik enerjisindən məhrum olub.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

ABŞ-da qasırğa qurbanlarının sayı 13 nəfərə çatıb - Milliyol.az