Əfqan Sadıqov həbs edildi

ABŞ Azərbaycandan Avropaya qaz kəməri layihəsini dəstəkləyir  

ABŞ Azərbaycana aid "Şahdəniz" yatağından Avropaya təbii qazı nəqledıcı boru kəməri layihəsini dəstəkləyir

Bu barədə ABŞ-ın energetika naziri Rik Perri keçirdiyi brifinqdə bildirib.

“Biz rəqabət tərəfdarıyıq. Odur ki, Azərbaycan təbii qazının Xəzər regionundan Avropaya nəqli üçün başqa bir boru kəmərinə də dəstək verdiyimizi təsdiqləmək istəyirəm”, – deyə Perri bildirib.

ABŞ rəsmisi Rusiyanın həyata keçirdiyi “Şimal axını-2” layihəsinə avropalıların alternativ görmək istədiklərini qeyd edib.

"Bu barədə çox söhbətlər eşitmişəm", - deyə o əlavə edib.(Report)

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

ABŞ Azərbaycandan Avropaya qaz kəməri layihəsini dəstəkləyir - Milliyol.az