Bakıda yeni park salınır

9 ayda dövlət xəttilə 371 milyon manat ipoteka krediti verilib

Bu ilin yanvar-sentyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 370,7 milyon manat kredit verilib.

MilliYol.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 % çoxdur.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 5,6 % azalaraq 289,3 milyon manat olub.

İl ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 27,3 % azalaraq 400 milyon manata düşüb, Fonda dövlət büdcəsindən ayrılmış vəsaitin məbləği isə 33,4 % artaraq 63,9 milyon manata çatıb.