Əfqan Sadıqov həbs edildi

6 ay əvvəl ölmüş qadının əri tərəfindən qətlə yetirildiyi məlum olub


Sabirabad rayonunda 6 ay əvvəl dünyasını dəyişmiş qadını ərinin qətlə yetirdiyi məlum olub

Bu barədə “Report”a rayon prokurorluğundan məlumat verilib.

Məlum olub ki, bu ilin mart ayında rayonun Kovlar kəndində ölmüş Şahnisə Muradovanı əri Xanbala Cəfərov boğaraq öldürüb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

6 ay əvvəl ölmüş qadının əri tərəfindən qətlə yetirildiyi məlum olub - Milliyol.az