51 yaşlı kişi özünü asdı - Balakəndə

Balakəndə 51 yaşlı kişi intihar edib

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, iyulun 3-ü axşam saat 19 radələrində rayonun Katex kənd sakini, 1967-ci il təvəllüdlü Rasim Həbib oğlu Hüşanovun meyiti yaşadığı evin həyətində tövlədə asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib.
 
51 yaşlı Rasim Hüşanovun intiharının səbəbi məlium deyil.
 
Faktla bağlı Balakən rayon prokurorluğunda CM-nin 125-ci ( özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

51 yaşlı kişi özünü asdı - Balakəndə - Milliyol.az