49 yaşlı azərbaycanlı bazarda adamları atəşə tutdu


Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən “Yunona” bazarında 49 yaşlı azərbaycanlı pnevmatik tapançadan ətrafdakıları atəşə tutub

Musavat.com-un yerli KİV-lərə istinadən məlumatına görə, atəş açan sərxoş vəziyyətdə olduğundan güllələri yan keçib və heç kim zərər çəkməyib.

Polisə verdiyi ifadəsində o, nə etdiyini belə xatırlamayıb. Hazırda araşdırma gedir.
49 yaşlı azərbaycanlı bazarda adamları atəşə tutdu - Milliyol.az