Əfqan Sadıqov həbs edildi

450 nəfər əfv oluna bilər - İclas yekunlaşdı

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçirilib.

"Report"un xəbərinə görə, sonuncu iclasda 120 müraciətə baxılıb.

Bununla da baxılan müraciətlərin sayı 950-ni keçib. Müraciətlərin təxminən 450-nə müsbət rəy verilib.

İclasların yekunu ilə bağlı yekun qərar layihəsi hazırlanaraq dövlət başçısına təqdim ediləcək.

Qeyd edək ki, Novruz bayramı ərəfəsində Prezident İlham Əliyevin əfv sərəncamı imzalayacağı gözlənilir.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

450 nəfər əfv oluna bilər - İclas yekunlaşdı - Milliyol.az