Əfqan Sadıqov həbs edildi

43 yaşlı azərbaycanlı Gürcüstanda heroinlə tutuldu


Gürcüstanın Kvemo Kartli bölgəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən iki nəfər saxlanılıb

Gürcüstanın Daxili İşlər Nazirliyinin məlumatıns görə, saxlanılanlardan biri Qardabani rayonunun Ağtəhlə kənd sakini 1975-ci il təvəllüdlü M.B. adlı şəxsdir.

Onun üzərində axtarış zamanı 3 bağlama heroin aşkar olunub.

Digər şəxs isə Rustavidə yaxalanıb. 1982-ci il təvəllüdlü şəxsin üzərində axtarış zamanı 2 bağlama heroin müsadirə olunub.

Hər iki şəxs günahını etiraf edib. Onları 5 ildən 8 ilədək azadlıqdan mərhumetmə cəzası gözləyir. (APA)
43 yaşlı azərbaycanlı Gürcüstanda heroinlə tutuldu - Milliyol.az