Əfqan Sadıqov həbs edildi

4 nəfərlik ailənin yaşadığı ev uçdu


4 nəfərlik ailənin yaşadığı ev uçdu – 8 ildir qəzalı vəziyyətdə idi

Lerik rayonunda yaşayış evi uçub

“Report”un Cənub bürosunun verdiyi xəbərə görə rayonun Pirzəkücə kəndində 59 yaşlı Fərziyeva Xanımnisə Hənifə qızına məxsus evin bir otağının divarları uçulub.

Kənd sakinlərinin bildirdiyinə görə ev hələ 7-8 il əvvəldən qəzalı vəziyyətdə olub.

Lakin, 4 nəfərlik ailənin başqa sığınacağı olmadığından bu evdə yaşayıblar. Hadisə bu gün səhər saatlarında baş verib. Evin bütün əşyaları uçqun altında qalsa da, xoşbəxtlikdən sakinlərdən xəsarət alan olmayıb.

Hadisə ilə bağlı əlaqədar qurumlara məlumat verilib.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

4 nəfərlik ailənin yaşadığı ev uçdu - Milliyol.az