Əfqan Sadıqov həbs edildi

30 yaşlı Azərbaycan vətəndaşı Türkiyədə traktorun altında qalaraq ölüb

Azərbaycan vətəndaşı Türkiyədə qəzada ölüb

Hadisə Türkiyənin Bursa şəhərində Nilüfər ilçəsinin Taxtalı Məhəlləsində qeydə alınınb.

Özəl fermer təsərrüfatında çalışan Şirvan sakini, 1988-ci il təvəllüdlü Seyidov Rauf Rəhim oğlu idarə etdiyi qoşqulu traktoru dönmə anında dərəyə aşırıb. Nəticədə, traktorun altında qalaraq hadisə yerində həyatını itirib.

Bu gün mərhumun cənazəsinin Türkiyədən gətirilməsi gözlənilir. Qohumlarının dediyinə görə, sentyabrın 15-də R.Seyidovun 30 yaşı tamam olacaqdı.

Faktla bağlı Bursa şəhərinin hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

30 yaşlı Azərbaycan vətəndaşı Türkiyədə traktorun altında qalaraq ölüb - Milliyol.az