Əfqan Sadıqov həbs edildi

30 min azarkeş Messinin məşqini izləyib


Argentina futbol yığması özünün əsas ulduz hücumçusu Lionel Messi ilə 2018-ci il dünya çempionatına hazırlıqlarını davam etdirir

Bu ərəfədə milli komanda Buenos-Ayresdə açıq məşq keçirib. Messinin meydanda hər hərəkətini diqqətlə izləyən 30 min azarkeşin əksəriyyəti uşaqlar olub.

2018-ci il dünya çempionatında Argentina yığması İslandiya (16 iyun), Xorvatiya (21 iyun) və Nigeriya (26 iyun) ilə bir qrupda çıxış edəcək.

Dünya çempionatı iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində (Moskva, Kalininqrad, Sankt-Peterburq, Nijni Novqorod, Volqoqrad, Kazan, Samara, Saransk, Rostov-Don, Soçi və Yekaterinburq) yerləşən 12 stadionda keçiriləcək.

MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

30 min azarkeş Messinin məşqini izləyib - Milliyol.az