30 masaj salonunda əməliyyat keçirilib

Türkiyənin Bursa vilayətində əxlaq polisi 30 masaj salonunda əməliyyat həyata keçirib

Teleqraf.comTürkiyə KİV-ə istinadən xəbər verir ki, basqın zamanı müştərilər qapıda polisi görüncə təəccübləniblər.

Polis bəzi masaj salonlarında sellofan torbalarda çoxlu miqdarda cinsi gücü artıran dərmanlar aşkarlayıb.

Bundan başqa masaj salonlarından birində çalışan 3 qadından birinin hamilə olduğu ortaya çıxıb. Başqa bir qadının isə salonu əxlaqsızlıq yuvası kimi işlətdiyi aşkar edilib.

Ümumilikdə əməliyyat zamanı 117 nəfər saxlanılıb.

Araşdırma aparılır.

MilliYol.az