Əfqan Sadıqov həbs edildi

25 yaşlı Goranboy sakini 40 manata görə döyüldü


Goranboy rayon sakin borclu olduğu şəxs və onun tanışı tərəfindən döyülüb. Hadisə rayonun "Stansiya Goran" ərazisində baş verib

Belə ki, rayonun Boluslu kənd sakini, 1993-cü il təvəllüdlü Həsən Mövsüm oğlu Əliyev borclu olduğu 1990-cı il təvəllüdlü İlkin İmamquliyevlə görüşüb. İ.İmamquliyev ondan 40 manat borcunu tələb edib. Bu zaman tərəflər arasında mübahisə yaranıb və nəticədə İ.İmamquliyev tanışı - 1983-cü il təvəllüdlü Ramin Musayevlə birgə H.Əliyevi döyüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan gənc xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirlir.

Məlumata görə, hadisəni törədən hər iki şəxs sərxoş olub.

Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır. (Report)
25 yaşlı Goranboy sakini 40 manata görə döyüldü - Milliyol.az