Əfqan Sadıqov həbs edildi

2 oğlu olan azərbaycanlı xanım meyxanaçıya türk futbolçu elçi düşdü - VİDEO

Son günlər internetdə ən çox dinlənilənlər arasında olan meyxanaçı Mətişə evlilik təklifi gəlib. MilliYol.Az xəbər verir ki, bu barədə meyxanaçı lent.az-a açıqlamasında deyib.

O bildirib ki, təklifə müsbət yanaşmayıb: "Bu yaxınlarda türkiyəli futbolçudan evlilik təklifi aldım. Hətta elçi də gəldi. Amma iki oğluma görə bu təklifə müsbət cavab vermədim. O futbolçunun adını açıqlamaq istəmirəm. Çünki deyəcəklər ki, Mətiş özünü  onunla reklam edir. Evlilik təklifi çox alıram, amma bunu heç zaman dəyərləndirməyəcəm”.

Qeyd edək ki, xanım meyxanaçı ötən ay Lent.az-a açıqlamasında uğursuz evliliyindən danışaraq bildirmişdi ki, həyat yoldaşından ayrılandan sonra sənətə gəlib.

Mətiş Naxçıxanının yeganə meyxana deyən xanımıdır. Onun 9 və 6 yaşında oğlu var. 



MilliYol.Az

Bu dövrdə xəbər yoxdur.

2 oğlu olan azərbaycanlı xanım meyxanaçıya türk futbolçu elçi düşdü - VİDEO - Milliyol.az