16 yaşlı oğlan Araz çayında boğularaq öldü


Bu gün axşam saatlarında İmişli rayonunun Bəhrəmtəpə qəsəbə sakini, 2002-ci ildə anadan olmuş Şükür Teyyub oğlu Quluzadə Araz çayının yaşadığı qəsəbədən keçən hissəsindəki “Plotina” adlanan hövzəsində çimərkən boğulub

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə suda batmış gəncin cəsədi yaxınları tərəfindən az bir zamanda sudan çıxarılsa da, artıq gec olub.

Hal-hazırda hadisə yerində rayon hüquq-mühafizə orqanlarının nümayəndələri faktı araşdırır.
16 yaşlı oğlan Araz çayında boğularaq öldü - Milliyol.az