Amin Seydiyev 200-ə çatdı

"Trabzonspor"un baş məşqçisi Azərbaycandan təklif alıb

Türkiyənin “Trabzonspor” basketbol komandasının baş məşqçisi Selçuk Ernak Azərbaycandan təklif alıb.

Bu barədə AZƏRTAC-a müsahibəsində 56 yaşlı mütəxəssis özü məlumat verib.

“Bir neçə il öncə Azərbaycandan bəzi klublar mənim xidmətimdə maraqlı idi. Lakin həmin dövrdə başqa komandada çalışdığım üçün təkliflərə müsbət yanaşmadım”, - deyə baş məşqçi qeyd edib.

Xatırladaq ki, “Trabzonspor” FIBA Çempionlar Liqasında “Sabah” komandasının rəqiblərindən biridir.