Xaçmazda toy karvanında avtoxuliqanlıq edən sürücü həbs edilib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, rayon ərazisində polis tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində toy karvanında avtoxuliqanlıq hərəkətləri törədən və həmin görüntüləri sosial şəbəkə hesablarında yayan VAZ-2107 markalı avtomobilin sürücüsü H.Məmmədov müəyyən edilərək saxlanılıb.
Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə təqdim edilib.
H.Məmmədovun nəqliyyat vasitələrini idarəetmə hüququ məhdudlaşdırılıb və o, inzibati qaydada həbs olunub.
































