Azərbaycan Mərkəzi Bankında (AMB) yeni kadr təyinatı həyata keçirilib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, İlkin Əlimov Mərkəzi Bankın Ödəniş Sistemlərinin İdarəedilməsi şöbəsinin rəhbəri vəzifəsinə təyin edilib.
Xatırladaq ki, İlkin Əlimov bundan əvvəl Azərbaycan Mərkəzi Bankında müxtəlif məsul vəzifələrdə, o cümlədən Ödəniş Sistemlərinin İdarəedilməsi üzrə böyük mütəxəssis və digər struktur bölmələrində çalışıb. O, 2017-ci ildə AMB-də işləyir.
O, Vətən müharibəsi şəhidi Elvin Əlimovun qardaşıdır.






























