Şuşada 8 Noyabr - Zəfər Günü münasibəti ilə hərbçilərin yürüşü keçirilib.
"Report"un Qarabağ bürosu xəbər verir ki, şəxsi heyət hərbi orkestrin müşayiəti ilə şəhərin mərkəzi küçələrində müəyyən edilən marşrutlar üzrə yürüş edib.
Şəhərin mərkəzindən başlayan bayram yürüşünə yerli ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, o cümlədən gənclər və tələbələr də iştirak ediblər.
Zəfər yürüşü qala divarlarının yanında başa çatıb.
Digər xəbərlər
loading...