Prezidentə yalan danışan sahibkarın qaranlıq əməlləri üzə çıxır - Yeni təfərrüatlar Lerikin 3 kəndindən Milli Məclisə müraciət: “Bizi köçürün...“ Rövşən Bağırovla Qorxmaz Hüseynov 3 kəndi susuz qoyur - Prezidentə müraciət Beyləqan icra başçısının köməkçisi kimdir? - Bir müəmmanın izi ilə…
 

“Avropa haradır?“ -Orxan Pamukun essesi

Tarix 12.01.17, 14:01

Font ölçüsü : - / +
bitmap-img6

MilliYol.Az Qismətin tərcüməsində Orxan Pamukun "Avropa haradır?" essesini təqdim edir.

 
İstanbulda, şəhərin Avropa hissəsinin ən avropalaşmış səmti olan Bəyoğlunda gəzişəndə, köhnə bir kitabçıyla qarşılaşdım. Təmirxanalarını, mebel ya da güzgü satılan dükanlarını, balaca yoxsul yeməkxanalarını tanıdığım bu kələ-kötür və dar küçədə bu kitab dükanı təzə idi, içəri girdim.
 
Dükanın içərisi kitablara tozlu əlyazmalar kimi yanaşan köhnə İstanbul bukinistlərinə bənzəmirdi; nə tozlu kitab qalaqları vardı, nə də kitabçının görüb qiymət yapışdırmadığı qarışıq kitablar. Hər şey, eynilə həmin bölgədə çoxalmağa başlayan əntiq dükanlarında olduğu kimi təmiz və sistemli idi; kitablar da təsnifləşdirilmişdi. Bu məkan İstanbulun bu yörəsində yavaş-yavaş köhnə bukinistlərin yerini alan “əntiq kitabçı” dükanı idi. İntizamlı modern ordular kimi rəfləri dolduran cildli kitablara xəyal qırıqlığı ilə baxdım.
 
Bir küncdə rəflər boyu düzülmüş yunanca hüquq kitabları diqqətimi çəkdi. İstanbulda bu köhnə hüquq kitablarını alacaq rum qalmadığına görə, çoxdan ölmüş ya da Afinaya köçmüş rum vəkilin kitabları yeni dükanın boş rəflərini şax cildləri ilə doldurmaq üçün ora düzülmüşdü. İçlərini, ya da cildlərini yox, soy-kökü Bizansa qədər gedib çıxan əski sahiblərini düşünərək hüquq kitablarını əlimə götürüb baxmağa başlamışdım ki, yandakı cildlərin fərqinə vardım. Bunlar Albert Sorelin bu əsrin başında çap olunmuş “L”Europe et la Revoulution Françaies”in səkkiz şişman cildiydi. Xeyli bukinistdə bu cildləri tez-tez görürəm. Bu günlərdə dəyəri yenidən kəşf edilən romançı Nahid Sırrı Örik, yarım əsr əvvəl bu qalın cildləri türk dilinə çevirib, qərbpərəst Cumhuriyyətin Milli Təhsil Nazirliyi də “özəl nəşriyyat müəssisələrinin gücü çatmayan” işi boynuna götürərək bu cildləri “Avropa və Fransız İxtilalı” adıyla çap etmişdi. Evində istər yunanca danışsın, istər fransızca, istərsə də türkcə, İstanbullu əksər ziyalının Albert Sorelin bu cildlərini oxuduğunu, amma bu kitablarda fransız oxucular kimi öz keçmişini ya xatirələrini yox, öz gələcəyini və avropa ilə bağlı xəyallarını axtardığını özümdən bilirəm.
 
Avropanın sərhədlərində bir qeyri-müəyyənlik içində yaşayan və kitablarla nəfəs alan mənim kimilər üçün, Avropa həmişə bir gələcək, bir yuxu olub; yaxşı, ya da pis, istənilən ya da qorxulan bir xəyal, yaxınlaşmaqda olan bir məqsəd ya da bir təhlükə. Bir gələcək: amma heç vaxt bir xatirə yox.
 
Buna görə də Avropayla bağlı xatirələrim dramatik olduqları qədər, həm də xatirə olmaqdan çıxıb röya olurlar: mənim həqiqi Avropa xatirəm yoxdur heç. Burada, İstanbulda yaşadığım Avropa ilə bağlı xəyallarım və uydurmalarım var. Yeddi yaşımda ikən, atamın mühəndislik etdiyi Cenevreyə gedib orada bir yaz qalmışdım. Məşhur fəvvarənin damlar arasından göründüyü evimizdən zəng səslərini ilk dəfə eşidəndə, Avropa ilə yox xristianlıqla qarşılaşdığımı hiss etdim. Tütün ticarətindən qazandığı pulları xərcləyənlər kimi, ya da siyasi, yaxud iqtisadi sürgünlüyün ağrılarını çəkən çoxları kimi, xeyli Avropa şəhərinin səkilərində bir az təəccüb, bir az heyrət, bir az da öyrəşmədiyim azadlıq hissi ilə əlbəttə ki, mən də gəzmişəm, amma vitrinlərdə, kino-teatrlarda, insan sifətlərində və küçələrdə gördüklərim yaddaşımda ancaq mənim gələcəyim ola biləcək qədər xatirəyə çevrildilər. Mənim kimilər üçün Avropa bir gələcək arzusu və təhdidi olduğu zaman maraqlıdır.
 
Mən bu gələcəyə Avropanın sərhədlərində yaşayan xeyli ziyalı kimi, xəstəlik dərəcəsində meyilli olduğum üçün Sorelin tarix cildlərinə İstanbul bukinistlərində rast gələ bilirəm. Dostoyevski bundan 130 il qabaq Avropa təəssüratlarını qəzetində yazarkən, “qəzet-jurnal oxuyan biz ruslardan hansımız Avropanı Rusiyadan iki dəfə çox tanımırıq?” deyə soruşur, sonra yarı-zarafat, yarı-qəzəblə əlavə edirdi: “Əslində on dəfə artıq tanıyırıq Avropanı, amma ayıb olmasın deyə, iki dəfə deyirəm.” Avropapərəst bu marağın xəstəlik dərəcəsinə çatmağı Avropanın sərhədlərində yaşayan xeyli ziyalı üçün əsrlərdir ki, oturuşmuş bir ənənədir. Bu ənənənin bir tərəfi Avropaya olan aşırı həsrəti, Dostoyevskidə olduğu kimi “ayıb” bir şey olaraq görürsə, o biri tərəfi onu qaçınılmaz və “təbii” bir yanaşma kimi görür. Bu iki yanaşmanın arasındakı davanı ifadə edən bəzən qaraqabaq və qəzəbli,  bəzən fəlsəfi və metafizik, bəzən də ironik bir ədəbiyyat var ki, özümü Avropa, Asiya, ya da hər hansı başqa bir ənənədən çox bu polemik ədəbiyyatın bir parçası kimi hiss edirəm.
 
Bu ənənənin birinci qaydası Avropa qarşısında laqeyd qalmaqdır. Türkiyədə hələ də davam etməkdə olan və yaxın zamanda islamçı “Rifah partiyası”nın iqtidara ortaq olması ilə yenidən şiddətlənən bu “Avropa ilə neyləyək” polemikasında, bir yuxu kimi görülən Qərb ilə, bir kabus olaraq təsəvvür edilən Qərbi bir-birindən ayırmaq, həmişə atılacaq birinci addım olur. Liberalından islamçısına, sosialistindən burjuyuna qədər hər ağızdan – humanist Avropa, demokrat Avropa, xristian Avropa, texnoloji Avropa, zəngin Avropa, insan haqlarına sayğılı Avropa – hansı Avropanın vurğulanması ilə bağlı o qədər çox öyüd-nəsihətə qulaq asmışam ki,  süfrədəki din və Allah söhbətlərindən bezib dindən çıxan uşaq kimi, bəzən bu mövzu haqda eşitdiyim hər şeyi unutmaq istəyirəm. Amma yenə də Avropalı oxucularımla paylaşmaq istədiyim bir-iki əyləncəli xatirəm, Avropanın kənarında yaşayan bizim kimi millətlərin özəl həyatına xas olan bir-iki sirrim var. Qulaq verin, mənim İstanbulda yaşadığım Avropa xatirələrimə:
 
1. Uşaqlığımdan bəri eşitdiyim cümlə: “Avropada belə edirlər.” Balıqçılıq haqqında bir qanunmu hazırlanır, evinizə pərdəmi seçirsiz, düşmənləriniz üçün pislikmi planlaşdırırsınız… Bu sehrli söz, metod, rəng, üslub, məzmun və s. haqqındakı bütün söz-söhbəti bir anda bitirir.
 
2. Avropa seks cənnətidir. İstanbulla müqayisə olunanda nisbi də olsa doğrudur. Əksər kitabdangəlmə türk ziyalısı kimi, həyatımdakı ilk çılpaq qadın vücudu rəsmini Avropadan gələn jurnallarda görmüşəm. Deyəsən ilk və ən yaddaqalan Avropa xatirəm budur.
 
3. “Avropalılar görsələr, nə deyərlər?” Bir qorxu və bir arzu. Onlara oxşamayan tərəflərimizi görüb bizi ayıblayacaqlar deyə hamımız çox qorxuruq. Həbsxanalarda işgəncənin azaldılmasını ya da iz buraxılmadan həyata keçirilməsini buna görə istəyirik. Bəzən də qəti onlar kimi olmadığımızı onlara nümayiş etdirməyin zövqünü yaşamaq istəyirik: islamçı bir terroristin tanınmaq istəyi, Papanı vuran ilk Türk olmaq istəyi də belə duyğulardır.
 
4. “Avropalılar çox kübar, çox zərif, çox mədəni və nəcib insanlardırlar,” deyəndən sonra: “Amma mənfəətlərinə dəymədikcə,” deyə əlavə edilir və milliyətçi qəzəbin şiddətinə bir örnək göstərilir: “Parisdə mindiyim taksinin sürücüsü bəxşişi az hesab edəndə…” Ya da: “Bilirsənmi, Xaç yürüşlərini də onlar təşkil eləyib, konslaferləri də.”
 
Avropa bu xatirələrin və şayiələrin, nəzəriyyələrin, xəyalların cəmi və əlbəttə, bunların heç biridir. Mənim kimi onun sərhəddində və onunla mərəzli bir münasibət içində yaşayanlar üçün o, hər şeydən əvvəl kimliyi və sifəti sürəkli dəyişən bir xəyaldır. Mənim və məndən əvvəlki nəsillərin əksəriyyəti bu xəyala Avropalılardan daha çox inandı. Bu gün Avropa Birliyinin həvəsli dəstəkçiləri və universitetlərin kimlik nəzəriyyəçiləri tərəfindən bu Avropa arzusunun həddən artıq ciddiyə alındığını, Hötedən Sartra, Dantedən Lokka xeyli etibarlı adın havası ilə yeni növ bir milliyətçilik, bir Avropa milliyətçiliyi yaradıldığını görmək məni kədərləndirir. Yumordan və ironiyadan məhrum olan, sürəkli şəkildə özünü təbrik Avropa milliyətçiliyinin biz kənarda yaşayanlar üçün daha çox aşağılanma, daha uzun viza növbələri və daha uzaq bir Avropa mənasına gəldiyindən şübhəm yoxdur. Bu yeni Avropa ilə danışmağa çalışmaq, saatlarca gözlənilən viza növbəsindən sonra, konsulluq binasının səs və güllə keçirməyən şüşəsi arxasında oturan qaraqabaq və gözəl qadına dərdimizi anlatmağa bənzəyəcək.
 
Bütün həyatın boyu İstanbulun Avropa hissəsində, yəni Avropa qitəsində yaşamışam. Özümü ən azından coğrafi olaraq hiss etmək mənim üçün heç də çətin deyil. Bu yazını yazarkən eşələndiyim İstanbulun köhnə kitabçılarında isə bundan 100 il əvvəl türk dilinə çevrilmiş Albert Sorelin başqa bir kitabının izi-tozu da yoxdur. “La Question D”Orient au dixhuitieme siecle” (XVIII əsrdə Şərq problemi) adlı kitab Cumhuriyyətdən sonra avroplaşmaq istəyən bizlərin latın əlifbasına keçərkən unutduğumuz ərəb əlifbası ilə çap olunduğu üçünmü axtarılmır, yoxsa həmin kitab bizi Avropanın bir dərdi, bir problemi kimi gördüyü üçünmü, bilmirəm./sim-sim.az/

MilliYol.Az



Xəbərin oxunma sayı : 265

loading...

Ədəbiyyat

Önəmli

Son xəbərlər

20 İYUN 2018

23:59 Trampı oğlunu oğurlayacaqları ilə hədələdilər

23:47 Arvadını namaz qıldığı yerdə 21 dəfə bıçaqladı - Video

23:30 Bayramdan sonra ölkədə qızıl-gümüş ucuzlaşdı

23:18 Yevlaxda pambıq sahəsində zəhərlənənlərin sayı 24 nəfərə çatıb - Yenilənib - Siyahı

23:15 Zaxarova: Rusiya Qarabağ münaqişəsinin həlli üçün hər şey edəcək

22:57 Rusiyanın bir nömrəli qanqsteri qolu bağlı gətirildi: 60 sifarişli qətl, mer, baş nazir müavini, biznesmenlər...

22:45 Rusiya ordusunun imkanları NATO-ya üzv ölkələrlə təmas xəttində artırılır

22:33 Viza rüsumlarındakı dəyişikliklər Azərbaycana təsir etməyəcək

22:17 Ukraynada azərbaycanlı soyğunçu dəstə ifşa olundu

21:53 “Saxlama yerlərində insan hüquqlarının pozulması halı aşkarlanmayıb” - DİN

21:38 Qaradağda qəza - Bakıya giriş bağlandı

21:26 Makedoniya parlamenti ad dəyişikliyini təsdiq etdi

21:11 Vaqif Əsədovdan jurnalist binalarının sakinlərinə xəbərdarlıq

20:58 Kəlbəcərli girov Dilqəm Əsgərovun oğlu evləndi

20:46 Türkiyənin 100-dək hərbçisi Azərbaycana gəlib - Video

20:31 Putin Rusiya millisinin oyununa baxmadı

20:15 Bu il yay fəslinin Azərbaycana gəlma vaxtı açıqlanıb

19:50 Erməni futbolçu Azərbaycanda oynaya bilər

19:39 Azərbaycanda cinayət törədənlərə elektron nəzarətin tətbiqinə başlanılıb

19:27 SOCAR Estoniyadakı ofisini bağlamaq niyyətindədir

19:10 Yuliya Timoşenko yenidən Ukrayna prezidentliyinə namizəd olacaq

18:40 Gürcüstanın yeni baş naziri seçilib

18:29 “Başqa işə keçəcəyəm…” – Pambıqçıların zəhərlənməsində ittiham olunan rəis

18:11 “Ədalətsizliyi aradan qaldırmaq istəyiriksə…” – Əli Əhmədov

17:52 “Viza rüsumlarındakı dəyişikliklər Azərbaycana təsir etməyəcək“

17:46 "İraqın şimalı PKK terrorçularından tamamilə təmizlənəcək"

17:42 “Bu, ölkənin iqtisadi kursunun əleyhinədir”

17:37 İzləyiciləri Handeni ələ saldı

17:32 Poroşenko Donbasda döyüşən generalı İrəvana göndərdi –Səfir təyinatı

17:26 Bakıda dəhşətli qəza – Gənc ailə məhv oldu

17:22 Rafael İsgəndərov ikinci dəfə baba olacaq

17:18 Siyəzəndə 12 hektar sahə yandı

17:13 Dolların iyunun 21-nə olan məzənnəsi

17:05 Türkiyədə hərbi karvana hücum baş verib

16:48 Azərbaycanda cinayət törədənlərə elektron nəzarətin tətbiqinə başlanılıb

16:44 DİN: Lerikdə yeniyetmə qızın təcavüzə məruz qalması barədə polisə müraciət daxil olmayıb

16:40 Meksika azarkeşləri oğurluq üzrə liderdir

16:35 Suriyada Rusiya-Çin rəqabəti varrmı?

16:26 “Türkiyə 4 milyona yaxın qaçqın qəbul edib”

16:22 Ramil Usubov İsrailə səfər edib

16:18 “Bir qoca ilə bir qarı vardı” – Fazil İskəndərin hekayəsi

16:13 “Qarabağ münaqişəsi Rusiya üçün çox ciddi məsələdir” – Mariya Zaxarova

16:09 “Ölkədə insan haqlarının durumu çox pisdir”

16:05 Bu il yay fəslinin Azərbaycana gəlma vaxtı açıqlanıb

15:48 Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini işdən çıxarılıb

15:44 Bu il Azərbaycan xarici ticarət əməliyyatlarından müsbət saldosu 2,1 dəfədən çox artıb

15:40 "Azərbaycanda əmək pensiyaları 11,3 faiz artıb"

15:35 Bu il DGK xətti ilə dövlət büdcəsinə daxilolmalar 36% artıb

14:40 Prezidentə yalan danışan sahibkarın qaranlıq əməlləri üzə çıxır - Yeni təfərrüatlar

14:22 Tereza Meyin başını qoparmaq planlaşdırılıbmış – Sui-qəsdin təfərrüatları

14:17 XİN: Azərbaycanda məcburi köçkünlərin sayı 1.2 milyon nəfəri keçib

14:12 “Neft bazarında böhranın olmaması üçün ehtiyatların kəskin azalması nəzərə alınmalıdır“

14:05 Aİ komissarı Ermənistan XİN başçısı ilə görüşüb

13:55 Azərbaycan Dövlət Neft və Sənaye Azərbaycan Universitetində kütləvi Narazılıq

13:22 Nazir kənd təsərrüfatını “sovka”lardan təmizliyə biləcəkmi? – Günü sualı

13:17 Zəhərlənən pambıqçılara görə rəis işdən çıxarıldı

13:13 Ən yaşlı oyunçu Rusiyaya məğlubiyyətə görə Misir xalqından üzr istəyib

13:09 Şengen vizası bahalaşır

13:05 Moskvanın “dovşana qaç, tazıya tut“ siyasəti

12:55 Müdafiə nazirindən KİV-ə çağırış

12:46 Zorlandığı deyilən 13 yaşlı qızın atası danışdı: “Mən nə desəm, qızım onu edəcək“

12:42 Bugünkü valyuta hərracının nəticəsi açıqlanıb

12:34 “Ölkəmizdə doğulan suriyalı qaçqınların sayı 276 minə çatıb”

12:30 Bəzi yerlərdə havanın temperaturu 36 dərəcəyə yüksələcək

12:26 Yol polisi uşağın sürdüyü maşını qovdu

12:22 Türk ordusu PKK-nın “alınmaz qalası”nı ələ keçirdi – 200 terrorçu öldürüldü

12:13 Külək İsmayıllıda bir kəndə ziyan vurub –20 evin dam örtüyü sıradan çıxıb

12:09 “Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini hər zaman açıq şəkildə qınamışam”

12:05 Bakıda I sinfə şagird qəbulunun II mərhələsi başlayıb

11:55 “Həkimə getməyə yolpulum da yox idi“ - Xərçəngdən əziyyət çəkən Zümrüd

11:49 "Dövlət ordunun bütün tələbatını ödəyir"

11:42 “Artıq ordumuz Laçına gedən yola nəzarət edir”

11:38 Lerikdə 7-ci sinif şagirdi məmur qohumu tərəfindən zorlanıb – Qızın atası isə…

11:34 “Türkiyə 100 ədəd F-35 qırıcılarına sahib olacaq” –Mövlud Çavuşoğlu

11:30 ABŞ bu qurumdan imtina etdi, Rusiya aktivləşdi

11:26 Ohanyan Manvel Qriqoryanın əməllərindən “ürək ağrısı“ keçirdiyini deyir

11:22 “Bakıda belə geyinmək olmaz!” - Ağacan Abıyev

11:17 "Azərbaycan Ordusu ən müasir raket və artilleriya sistemlərinə malikdir"

11:13 “S&P Global“: Azərbaycanda sığorta sahəsi bank sektorundan asılıdır

11:12 Lerikin 3 kəndindən Milli Məclisə müraciət: “Bizi köçürün...“

11:09 İtaliyada göldə batmış azərbaycanlı tələbənin meyiti tapılıb

11:05 Üzeyir Mehdizadə evlənir

10:55 Müdafiə Nazirliyi Günnüt kəndinin işğaldan azad edilməsinə dair video yayıb

10:48 Oqtay Əsədov Çinə səfərə getdi

10:44 Xəstəxanaya 141 nəfər müraciət edib

10:40 “OPEC Trampın göstərişinə boyun əyən deyil” –İranın neft naziri sammitə qatılmayacaq

10:36 “Azərbaycanda insan hüquqları tam təmin olunur” – Ombudsman

10:32 "Sığorta şirkətlərinin investisiya potensialı artırılmalıdır"

10:22 Elşad Miraləm Diaspor Komitəsində vəzifəsindən ayrılıb

10:16 Sabah 64800 şagird buraxılış imtahanı verəcək

9:49 Elman Allahverdiyev Almaniyada Əli Həsənovun milyonlarını yuyub?

19 İYUN 2018

21:20 Hindistanda 250-dən çox insan zəhərlənib, 3 uşaq ölüb

20:53 Fikri İşıq: Terrorun beli qırılıb

20:28 Şəkidə sərnişin avtobusu yük maşını ilə toqquşdu

20:10 “ABŞ-la Avropa arasında fikir ayrılığı ciddidir, NATO-nun gələcəyi təhlükədədir”

19:46 İtaliyada xüsusi əməliyyat: mafiyanın 60 üzvü saxlanıldı

19:22 Trampdan sərt xəbərdarlıq

19:08 “Ən çətin və gözlənilməz rəqib düşdü” – Qurban Qurbanov

19:00 İndoneziyada bərə batıb: 128 itkin

18:42 Dünya çempionatında ilk qırmızı vərəqə göstərilib

18:23 Emin Hüseynov ictimai sektorda yeni qalmaqal yaratdı

18:01 İnam Kərimov: “Zəhərlənmə hadisəsinin başvermə səbəbi araşdırılır”

17:49 Məşhur amerikalı reper öldürülüb

17:21 Soyğunçuluğa cəhd edən 2 nəfər saxlanılıb

17:08 Mobil telefonlar bahalaşa bilər

17:00 Türk qırıcıları yenə Qandili vurdu

16:43 “2017-ci ildə 68 milyon insan qaçqın düşüb”

16:37 Kolxozdan gələn gömrük generalının ziyanlı islahatı və müəmmalı keçmişi: Səfər Mehdiyev kimdir?

16:21 Türkiyədə avtobus qəzası: 45 yaralı

16:08 Bakıda motosiklet oğrusu tutulub

16:00 İcra başçısı: “Fəhlələr işləyən sahədə dərman preparatından istifadə olunmayıb”

15:47 İran XİN: Yaxın Şərqdəki 80 nüvə başlığının heç biri bizə məxsus deyil

15:32 Nazirlikdən İmişlidəki zəhərlənmə ilə bağlı - Açıqlama

15:15 Azərbaycan Gürcüstandan mal-qara idxalını 2,4 dəfə artırıb

14:57 Sabahkı oyunların hakim təyinatları - DÇ-2018

14:42 Dünyada qaçqınların sayı rekord həddə olub

14:30 Müdafiə Nazirliyi: “Düşmənin X-55 taktiki pilotsuz aparatı vuruldu”

14:14 “Bakını nahaq yerə “Avropanın Dubayı” adlandırmırlar” – İsrailli deputat

13:50 Türkiyə və ABŞ hərbçiləri Minbicdə birlikdə patrul xidməti həyata keçirir

13:39 Azərbaycanlı milyarderdən 2 milyon dollarlıq qətl sifarişi



loading...
“Elçibəy gənclərin gözü ilə” mövzusunda tədbir keçirilib

“Əbülfəz Elçibəy-80” İctimai Təşkilat Komitəsi “Elçibəy Gənclərin gözü ilə” mövzusunda tədbir keçirib
Bu insanlar ölülərlə əlaqəyə girirlər və... - Tanınmış şaman hər şeyi açdı

Sosioloq, türkoloq, araşdırmaçı, TÜRKSOY-un üzvi, "Şaman. Təbiət qüvvələri oyananda" kitabının müəllifi, əslən xakas türklərindən olan və tanınmış şaman Timur Davletovun Publika.az-a müsahibəsi
ARXİV

Xəbərlər işıq sürətilə

Sayt haqqında | Əlaqə
MİLLİYOL (©) 2016