• Xəbər lentİ
Fləş

Şəhid polislə bağlı ürəkparçalayan məqam: Oktyabrın 12-si... (VİDEO)

08:48 / 29.09.2023

Terrorçu Davit Manukyan həbs edildi - DTX video yaydı

16:45 / 29.09.2023

Yevlax görüşü başa çatdı (FOTO/YENİLƏNİB)

16:27 / 29.09.2023

Dövlət Su Ehtiyatları Agentliyi Sərsəng su anbarına nəzarət etməyə başladı

15:31 / 29.09.2023

Prezident Zəngilan şəhərinə ilk qayıdışın vaxtını açıqladı

13:30 / 29.09.2023

Prezident və Birinci vitse-prezident Qənirə Paşayevanın vəfatı ilə bağlı nekroloq imzalayıb

13:21 / 29.09.2023

Azərbaycanda Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi yaradılır

12:54 / 29.09.2023

Prezident Zəngilanda keçirilən Forumun açılışında iştirak edib (FOTO/YENİLƏNİB)

12:31 / 29.09.2023

DTX-nin axtarışa verdiyi əcnəbi Azərbaycana gətirildi

11:52 / 29.09.2023

Qənirə Paşayeva dəfn olundu (FOTO/YENİLƏNİB)

11:13 / 29.09.2023

Azərbaycan polisi Xankəndidə (VİDEO)  

11:02 / 29.09.2023

Azərbaycan yaxın günlərdə BMT missiyasını Qarabağa buraxacaq

10:28 / 29.09.2023

Azərbaycanda 28 il əvvəl əsgər yoldaşını öldürən tutuldu

10:15 / 29.09.2023

Pandemiya yenidən qayıda bilər? - Professordan cavab

10:13 / 29.09.2023

Deputat vəfat etdi - Milli Məclisdə neçə boş yer var?

09:43 / 29.09.2023

Xankəndinin təhvil-təslim prosesi niyə üç ay davam edəcək? - DETALLAR

09:23 / 29.09.2023

Xocavənd şəhərindən ilk görüntülər (VİDEO)

09:19 / 29.09.2023

NATO PA Zəngəzur dəhlizi ilə bağlı təklifi qəbul etdi

09:10 / 29.09.2023

Kimlər quru yollarından istifadə edə bilər? (RƏSMİ)

08:59 / 29.09.2023

Şəhid polislə bağlı ürəkparçalayan məqam: Oktyabrın 12-si... (VİDEO)

08:48 / 29.09.2023

Qənirə Paşayevanın son müsahibəsi (VİDEO)

08:39 / 29.09.2023

Professora Naxçıvanda vəzifə verildi

08:30 / 29.09.2023

ATU-nun 2 milyonluq yataqxana təmiri - Qalib 6 manatlıq şirkətdir

18:49 / 28.09.2023

Şöbə müdiri işdən çıxarıldı

17:24 / 28.09.2023

İlham Əliyev Zəngilan kəndinin təməlini qoydu (YENİLƏNİB)  

17:12 / 28.09.2023

Erməni sakinlərin qeydiyyata alınması üçün portal yaradıldı

16:38 / 28.09.2023

Özəlləşdirmə çeki sahiblərinə dəstək: “İnsanların hüquqları bərpa edilməlidir”

16:32 / 28.09.2023

Ramin Məmmədov Yevlaxda yenidən Qarabağ ermənilərinin nümayəndələri ilə görüşəcək

15:11 / 28.09.2023

Mərkəzi Asiyada su probleminin aktuallığı və onun həlli yolları

14:56 / 28.09.2023

Azərbaycan XİN erməni sakinləri öz yaşayış yerlərini tərk etməməyə çağırdı

14:24 / 28.09.2023

Rəsmi Bakı Ermənistan XİN-ə cavab veridi

13:50 / 28.09.2023
Daha çox
  • Arxiv
  • Foto
  • Video
  • Haqqımızda
  • Əlaqə: 0702085605
Şənbə, 30 Sentyabr 2023
USD : 1.7
EUR : 1.9243
Hava
+6 ° Baku
+2 ° Quba
+2 ° Qusar
+8 ° Gəncə
+4 ° Lənkəran
+9 ° Naxçıvan
+7 ° Salyan
+8 ° Şəki
Pia.az
  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
Pia.az
Ana səhifə İqtisadiyyat

Prezident Ələt Azad İqtisadi Zonasının I mərhələsinin açılışında (FOTOLAR)  

14:16 09.06.2023 Oxununub:
494
SHARES
7.7k
VIEWS
Share Tweet Share
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ələt Azad İqtisadi Zonasının birinci mərhələsinin açılış mərasimində iştirak edib.
 
MilliYol.az xəbər verir ki, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov görülən işlər barədə dövlət başçısına məlumat verib.
 
Bildirilib ki, Ələt Azad İqtisadi Zonasının ümumi sahəsi 850 hektardır. Azad İqtisadi Zonanın ilkin inkişaf mərhələsi olan 60 hektar ərazidə (Zona 1, Mərhələ 1) tikinti işlərinə başlanılıb və bir sıra işlər görülüb. Belə ki, investorlara icarəyə veriləcək torpaq sahələri inşaat üçün artıq hazırdır. Ümumi sahəsi 297 min kvadratmetr olan torpaq sahələrinin daxilində su, kanalizasiya, işıq, qaz, rabitə şəbəkələrinə birləşmə nöqtələri təmin edilib. Burada, həmçinin istifadəyə hazır ərazi-daxili və ərazi-xarici mühəndis-kommunikasiya infrastrukturu yaradılıb. Zona 1 ərazisinin əsas girişində gömrük-keçid məntəqələri, həmçinin gömrük yoxlanışlarının aparılması üçün binalar inşa olunub.
 
Dövlətimizin başçısı Ələt Azad İqtisadi Zonasının Biznes Mərkəzində yaradılan şəraitlə tanış olub.
 
Məlumat verilib ki, ümumi sahəsi 16 min kvadratmetr olan Biznes Mərkəzinin binası 3 funksional hissədən ibarətdir. Burada Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun ofisi, investorlara vahid pəncərə prinsipi ilə xidmət göstərəcək ofis, investorların idarəetmə qurumları üçün ofislər və təhkim olunan gömrük əməkdaşları üçün ofis fəaliyyət göstərəcək. Biznes Mərkəzində yüksəkkeyfiyyətli xidməti təmin edəcək müvafiq infrastruktur və maddi-texniki baza yaradılıb.
 
Diqqətə çatdırılıb ki, növbəti inkişaf mərhələsində 138 hektar sahəni əhatə edən standart istehsal müəssisələri və logistika mərkəzləri üçün nəzərdə tutulmuş hissədə və eyni zamanda, 211 hektar sahəni əhatə edən ağır sənaye müəssisələri üçün hissədə layihələndirmə işləri davam edir. Növbəti inkişaf mərhələsinə aid 138 hektar sahədə torpaq işlərinə tezliklə başlanılması planlaşdırılır.
 
Ələt Azad İqtisadi Zonası Prezident İlham Əliyevin Azərbaycanı beynəlxalq səviyyədə rəqabətədavamlı və dayanıqlı, şaxələndirilmiş və ixracyönümlü iqtisadiyyata malik bir ölkə kimi inkişaf etdirməyə yönəlmiş siyasətinin real təməllərindəndir. Bu layihənin icrası nəticəsində Azərbaycana daha çox xarici investisiyalar cəlb olunacaq və yeni iş yerləri yaradılacaq. Ələt Azad İqtisadi Zonasının yaradılması barədə qərar 2017-ci ildə, bununla bağlı müvafiq qanun isə 2018-ci ildə qəbul edilib. Pandemiyanın dünyada yaratdığı böyük iqtisadi və maliyyə çətinliklərinə baxmayaraq 2021-ci il iyulun 1-də Prezident İlham Əliyevin iştirakı ilə Ələt Azad İqtisadi Zonasının təməli qoyulub.
 
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlığında və qlobal nəqliyyat dəhlizlərinin üzərində strateji coğrafi mövqeyə malik iqtisadi zonada yaradılan əlverişli şərait, o cümlədən nadir qanunvericilik bazası, fiskal və qeyri-fiskal imtiyazlar zərfi, zəruri infrastruktur və mühəndis-kommunikasiya sistemləri ilə təmin edilmiş sənaye torpaq sahələri, nəqliyyat-logistika mərkəzləri və digər perspektivlər investorlar üçün davamlı regional üstünlük yaradacaq və Ələt Azad İqtisadi Zonasını regional investisiya mərkəzinə çevirəcək.
 
Bildirilib ki, bu iqtisadi zonada investorlar üçün aşağıdakı fiskal və qeyri-fiskal imtiyazlar tətbiq edilir:
 
- İnvestorlar əlavə dəyər vergisi, ödəmə mənbəyində vergi, mənfəət vergisi və hər hansı digər korporativ vergidən azaddırlar;
 
- Zonada idxal və ixrac zamanı gömrük rüsumları və vergilər tətbiq olunmur;
 
- Aylıq əməkhaqqı 8 min manata qədər olan işçilər üçün gəlir vergisi tətbiq olunmur;
 
- Yüksəkixtisaslı əcnəbi işçilər üçün sosial sığorta ödənişləri könüllü, yerli işçilər üçün isə məcburi xarakter daşıyır;
 
- Əcnəbi hüquqi və fiziki şəxslərin Ələt Azad İqtisadi Zonasında mülkiyyət sahibi olmasına heç bir məhdudiyyət qoyulmur;
 
- Xarici investorlar üçün yerli tərəfdaş və səhmdar tələbi yoxdur;
 
- Valyuta əməliyyatları və ya mənfəətin repatriasiyasında heç bir məhdudiyyət yoxdur;
 
- İnvestorların əmlakı heç bir halda milliləşdirilə bilməz və Ələt Azad İqtisadi Zonası Səlahiyyətli Qurumu investorların əmlakını bu və ya digər məhdudiyyətlərdən qorunmasına təminat verir;
 
- Ələt Azad İqtisadi Zonası Səlahiyyətli Qurumu, həmçinin investorların əqli mülkiyyət hüquqlarının tam qorunmasına təminat verir.
 
Beləliklə, Ələt Azad İqtisadi Zonasının fəaliyyətə başlaması Azərbaycana böyük iqtisadi dividendlər qazandırmaqla yanaşı, ölkəmizin regionda mövqelərini daha da gücləndirəcək, Şərq-Qərb və Şimal-Cənub tranzit-nəqliyyat dəhlizlərində mühüm rolu olan respublikamızın strateji əhəmiyyətini daha da artıracaq. Bu iqtisadi zonanın yaradılması dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına, yeni investisiyaların cəlb edilməsinə şərait yaradacaq. Bundan başqa, bu layihənin icrası nəticəsində ölkəmizin milli iqtisadiyyatının dünya iqtisadiyyatı sisteminə inteqrasiyası sürətlənəcək.
 


















Etiket:

Digər xəbərlər

Terrorçu Davit Manukyan həbs edildi - DTX video yaydı

Terrorçu Davit Manukyan həbs edildi - DTX video yaydı

29.09.2023
Professora Naxçıvanda vəzifə verildi

Professora Naxçıvanda vəzifə verildi

29.09.2023
Kimlər quru yollarından istifadə edə bilər? (RƏSMİ)

Kimlər quru yollarından istifadə edə bilər? (RƏSMİ)

29.09.2023
Xankəndinin təhvil-təslim prosesi niyə üç ay davam edəcək? - DETALLAR

Xankəndinin təhvil-təslim prosesi niyə üç ay davam edəcək? - DETALLAR

29.09.2023
Xocavənd şəhərindən ilk görüntülər (VİDEO)

Xocavənd şəhərindən ilk görüntülər (VİDEO)

29.09.2023
Qənirə Paşayeva dəfn olundu (FOTO/YENİLƏNİB)

Qənirə Paşayeva dəfn olundu (FOTO/YENİLƏNİB)

29.09.2023
Şəhid polislə bağlı ürəkparçalayan məqam: Oktyabrın 12-si... (VİDEO)

Şəhid polislə bağlı ürəkparçalayan məqam: Oktyabrın 12-si... (VİDEO)

29.09.2023
Deputat vəfat etdi - Milli Məclisdə neçə boş yer var?

Deputat vəfat etdi - Milli Məclisdə neçə boş yer var?

29.09.2023
NATO PA Zəngəzur dəhlizi ilə bağlı təklifi qəbul etdi

NATO PA Zəngəzur dəhlizi ilə bağlı təklifi qəbul etdi

29.09.2023
Azərbaycanda 28 il əvvəl əsgər yoldaşını öldürən tutuldu

Azərbaycanda 28 il əvvəl əsgər yoldaşını öldürən tutuldu

29.09.2023
Azərbaycan polisi Xankəndidə (VİDEO)
 

Azərbaycan polisi Xankəndidə (VİDEO)  

29.09.2023
Qənirə Paşayevanın son müsahibəsi (VİDEO)

Qənirə Paşayevanın son müsahibəsi (VİDEO)

29.09.2023
loading...
  • BU GÜN
  • BU HƏFTƏ
  • BU AY
Terrorçu Davit Manukyan həbs edildi - DTX video yaydı

Terrorçu Davit Manukyan həbs edildi - DTX video yaydı

29.09.2023
Professora Naxçıvanda vəzifə verildi

Professora Naxçıvanda vəzifə verildi

29.09.2023
Kimlər quru yollarından istifadə edə bilər? (RƏSMİ)

Kimlər quru yollarından istifadə edə bilər? (RƏSMİ)

29.09.2023
Özəlləşdirmə çeki sahiblərinə dəstək: “İnsanların hüquqları bərpa edilməlidir”

Özəlləşdirmə çeki sahiblərinə dəstək: “İnsanların hüquqları bərpa edilməlidir”

28.09.2023
Mehriban Əliyeva Qənirə Paşayevanın müalicəsini nəzarətə götürüb (YENİLƏNİB)

Mehriban Əliyeva Qənirə Paşayevanın müalicəsini nəzarətə götürüb (YENİLƏNİB)

24.09.2023
Mehriban Əliyevanın tapşırığı ilə Qənirə Paşayevanın səhhəti üzrə daha bir konsilium olub

Mehriban Əliyevanın tapşırığı ilə Qənirə Paşayevanın səhhəti üzrə daha bir konsilium olub

26.09.2023
Universitetlə

Universitetlə "tender kralı" arasında qalmaqal - 3 milyonluq manatlıq tender...

02.09.2023
Azərbaycanlı milyarder bu il ən çox varlanan iş adamı oldu - Nə qədər pulu var?

Azərbaycanlı milyarder bu il ən çox varlanan iş adamı oldu - Nə qədər pulu var?

03.09.2023
Prezidentdən yeni təyinat

Prezidentdən yeni təyinat

31.08.2023
Milliyol.az

Copyright © Milliyol.az

Naviqasiya

  • Ana səhifə
  • Haqqımızda
  • Əlaqə

Bizi izlə

  • Ana səhifə
    • Gündəm
    • Siyasət
    • İqtisadiyyat
    • Ölkə
    • Dünya
    • Sosial
    • Hadisə
    • Müsahibə
    • Təhlil
    • Cəmiyyət
    • Şou-biznes
    • İdman
    • Mədəniyyət
    • Hərb və Sülh
    • Kriminal
    • Tarix
    • Təhsil
    • Səhiyyə
    • Maraqlı
    • Yaşam
  • Xəbər lenti
  • Ölkə
    • Siyasət
    • İqtisadiyyat
    • Sosial
    • Mədəniyyət
    • Hərb və Sülh
  • Dünya
    • Siyasət
    • İqtisadiyyat
    • Təhlil
    • Mədəniyyət
    • Kriminal
  • Fləş
  • Köşə yazıları
  • Gündəm
  • Aktual xəbər
  • Baxış bucağı
  • Korrupsiya
  • Geosiyasət
  • Araşdırma
  • Elm və Texnologiya
  • Din və Mistika
  • Media

Copyright © Pia.az