Beynəlxalq Bankın “İnter”in builki büdcəsini təsdiqləməyə tələsmədiyini, kluba ayrılan vəsaitinin azaldılmasıyla bağlı müzakirələr aparıldığını yazmışdıq. MilliYol.Az xəbər verir ki, paytaxt klubu mümkün tənəzzüldən ən azı birillik qurtulub.
Belə ki, 2 gün öncə “yuxarılar” Zaur Svanadze və komandasının, eləcə də sıraları seyrələn azarkeşlərin üzünü güldürüb. Bankdaxili müzakirələrdən sonra “İnter” PİK-in 2017-ci ildə 2016-cı ildəki qədər vəsaitlə fəaliyyət göstərəcəyinə qərar verilib.
Xatırladaq ki, klubun büdcəsi 1 milyon manata endirilə bilərdi. Bu isə ödənişli futbolçuların itirilməsi, avrokubok arzularının puça çıxmasıyla sonuclanacaqdı.
MilliYol.Az
Digər xəbərlər
loading...