Bu gün səhər saatlarında Türkiyə-İran sərhədində baş verən zəlzələ nəticəsində Türkiyənin Van rayonunda 9 nəfər ölüb, 37 nəfər yaralanıb.
Ann.az xəbər verir ki, bunu Türkiyə Səhiyyə Naziri Fəxrəddin Qoca bildirib.
Yaralılardan 9-nun durumu ağırdır.
13.22
İranla sərhəddə baş vermiş zəlzələ zamanı Türkiyədə ölənlərin sayı 8 nəfərə çatıb.
MilliYol.Az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.
O, qeyd edib ki, zəlzələ zamanı 21 nəfər xəsarət alıb. Nazir yaralılardan 8-nin vəziyyətinin ağır olduğunu qeyd edib.
Təbii hadisə həmçinin dağıntılara səbəb olub, yaşayış evləri zərər çəkib.
12.41
Türkiyənin İranla sərhədindəki zəlzələ zamanı bu ölkənin bir neçə vətəndaşı həlak olub.
MilliYol.Az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu "Haber Türk” telekanalının efirində bildirib.
O, qeyd edib ki, zəlzələ zamanı Van vilayətində 7 nəfər ölüb. Nazirin sözlərinə görə, ölkənin daha 5 vətəndaşı müxtəlif xəsarətlər alıblar. Yaralılar xəstəxanalara yerləşdiriliblər.
Qeyd edək ki, İran-Türkiyə sərhədində 5,7 maqnitudada zəlzələ olub. Zəlzələ ocağı 5 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanların episentri Təbrizdən 141 kilometr qərbdə yerləşib.