BMT-nin Uşaqlara Yardım Fondu (UNICEF) Yəməndə sağalması mümkün olan xəstəliklər səbəbindən hər 10 dəqiqədə 1 uşağın öldüyü barədə xəbərdarlıq edib
UNICEF-in Yaxın Şərq və Şimali Afrika bürosunun direktoru Hayrat Kalabari İordaniyanın paytaxtı Ammanda təşkil etdiyi mətbuat konfransında, Yəməndəki humanitar faciəyə dair bəyanatlar verib. Kalabari ölkə daxilindəki çox pis şəhiyyə şəraitinə toxunaraq, belə deyib: “Yəməndə sağalması mümkün olan xəstəliklər səbəbindən hər 10 dəqiqədə 1 uşaq həyatını itirir”.
Yəmən bu gün uşaqların cəhənnəmidir”, - deyən Kalabari, bu vəziyyətin müəyyən təbəqəni yox, bütün yəmənli uşaqları əhatə etdiyini vurğulayıb.
Kalabari ölkədəki qeyri-kafi qidalanmaya da diqqət çəkərək, belə danışıb: “Hər il 5 yaşdan kiçik 30 min uşaq həyatını itirir. Pis qidalanmanın qarşısını almaqla bu ölümlərə mane oluna bilər. Yəməndə 1.8 milyon uşağın yüksək səviyyədə pis qidalanmaya məruz qaldığını bildirən Kalabari, bu uşaqlardan 400 min nəfərin həyatının risk altında olıduğunu bildirib.
O, pis qidalanma səbəbindən həyatı risk altında olan uşaqların 40%-nin Hudeyda şəhərində olduğunu da deyib. (sputnik)
MilliYol.Az