ABŞ 7 avqust və 5 noyabrda qüvvəyə minən 2 sanksiya qərarının ləğvi üçün İrana 12 maddəlik tələb irəli sürür
Qaynarinfo ABŞ dövlət katibi Mayk Pompeonun dilə gətirdiyi tələbləri təqdim edir:
1. İran hərbi nüvə proqramları barədə Beynəlxalq Atom Enerjisi Agentliyinə məlumat verməli və bu fəaliyyətləri tamamilə dayandırmalıdır.
2. İran uranı zənginləşdirməyi dayandırmalı və bir daha plutonium istehsal etməməlidir.
3. İran Beynəlxalq Atom Enerjisi Agentliyinə ölkədəki bütün müəssisələrə giriş icazəsi verməlidir.
4. İran ballistik raket istehsalını dayandırmalı, nüvə potensialına sahib raket sınağı və istehsalını dayandırmalıdır.
5. İran yalançı ittihamlarla həbs etdiyi ABŞ və müttəfiq ölkələrin vətəndaşlarını azad etməlidir.
6. İran Hizbullah, Həmas, Fələstin İslam Cihad Hərəkatı və Yaxın Şərqdəki digər terrorçu qruplara verdiyi dəstəyi dayandırmalıdır.
7. İran İraq hökumətinin suverenliyinə hörmət etməli, Şiə milislərinin silahsızlaşdırılması və yenidən inteqrasiyasına kömək etməlidir.
8. İran Husi hərbçilərinə hərbi dəstəyi kəsməli, Yəməndə sülh üçün siyasi həll yolu axtarmalıdır.
9. İran Suriyada nəzarətində olan hərbi qüvvələri geri çəkməlidir.
10. İran Əfqanıstan və bölgədəki Taliban, Əl Qaidə və digər terrorçu qruplara verdiyi dəstəyi dayandırmalıdır.
11. İran İslam İnqilabi Keşikçiləri Korpusu Qüds Qüvvələri dünyadakı terrorçu qruplara və digər hərbi tərəfdaşlarına dəstəyi kəsməlidir.
12. İran əksəriyyəti ABŞ müttəfiqi olan qonşularına qarşı hədələyici davranışlara son verməli, İsrailə qarşı fəaliyyətlərini, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə raket atışını dayandırmalıdır.
MilliYol.Az