"2019-cu ildə Azərbaycanda “ASAN xidmət” mərkəzlərinin sayı 20-yə çatdırılacaq"
Bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.
O bildirib ki, hazırda ölkədə 15 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir:
Gələn il isə Azərbaycan vətəndaşlarına beşi Bakıda olmaqla, 20 mərkəz xidmət göstərəcək.
2019-cu ildə istifadəyə verilməsi nəzərdə tutulan beş yeni mərkəz Tovuz, Ağcabədi, Kürdəmir, Şamaxı, Balakən rayonlarında olacaq. Bu beş mərkəzin hər birinin tikintisi artıq başlayıb.
Qurum rəsmisinin sözlərinə görə, noyabr ayının 1-dən “ASAN xidmət”də vətəndaşlara 11 dövlət qurumunun xidmətləri göstərilir.
“ASAN xidmət”ə daxil olan 11-ci dövlət qurumu Qida Təhlükəsizlik Agentliyidir:
“Hazırda mərkəzlərdə 11 dövlət orqanı, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox müxtəlif xidmətlər göstərilir”.
Qeyd edək ki, “ASAN xidmət”ə 25 milyonuncu vətəndaş müraciəti qeydə alınıb. Müraciəti isə 5 saylı Bakı “ASAN xidmət” mərkəzinə Bənövşə Rzayeva edib. (oxu.az)
MilliYol.Az