“Dinamik inkişaf edən və sürətlə dəyişən dünyada son zamanlar cəryan edən hadisələr təəssüf ki, dini və milli zəmində dözümsüzlük , qarşıdurma halları, ekstremizmin tuğyan etməsi ilə müşayət olunur”
Bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə İspaniyanın paytaxatı Madriddə “Dinlərarası dialoqun sülhə və həmrəyliyə verdiyi töhfə” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
QMİ sədri bildirib ki, planetimizn müxtəlif güşələrində törədilən terror aktları, insan qırğını, maddi və qeyri – maddi mədəni irsin məhvi, separatizm, ksenofobiya, islamofobiya, antisemitizm təzahürləri sivilizasiyalar arasında qütbləşməni dərinləşdirir, dinlərarası və millətlərarası dialoqa ciddi zərbə vurur: “Yaşanan faciələrə baxmayaraq, şükürlər olsun ki, dünyanı məhvərindən çıxarmağa qoymayan əbədi mənəvi dəyərlər mövcuddur”.
A.Paşazadə müxtəlif sivilizasiyaların tarixən qovuşduğu İspaniyada keçirilən birgə tədbirin iştirakçılarına Prezident İlham Əliyevin salamlarını və dualarını çatdırıb: “Yer üzündə yaşayan insanlara ulu yaradanın ən böyük töhfəsi ondan ibarətdir ki, onlar bir-birinə qarşı hörmət və ehtiram ruhunda yaşasınlar”-deyə Şeyx çıxışında vurğulayıb.
Konfrans işini davam etdirir.
MilliYol.Az