“Yeni nəsil biometrik pasportların hazırlanması və çap edilməsi üçün gələn ilin dövlət büdcəsindən 18 milyon manat vəsait ayrılacaq”
Bu barədə maliyyə naziri Samir Şərifov “2019-cu ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.
O, həmçinin qeyd edib ki, gələn il siyasi partiyalara 3 milyon, xarici ölkələrdə fəaliyyət göstərən mədəniyyət evlərinin saxlanılmasına 4 milyon, Gənclər Fonduna 6 milyon manat , ərzaq və ekoloji təhlükəsizliyin gücləndirilməsi, kənd təsərrüfüatı sahələrinin inkişafının genişləndirilməsi üçün 835 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub”.
Bundan əlavə, ehtiyac meyarı 130 manatdan 143 manata qaldırılacaq.
Həmçinin, gələn ildən ölkədə yaşayış minimumu 173 manatdan 180 manata qaldırılacaq. Bələdiyyələrə isə 7,7 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Növbəti ildən Astara rayonu da daxil olmaqla 34 şəhər öz büdcəsi hesabına özünü təmin edəcək”. (qafqazinfo.az)
MilliYol.az