"Onlar da deyirdilər ki, ay anam, bu başqa filmdir, çimərlik geyimində çəkmirik"
Əməkdar artist Ruhəngiz Musəvi "Baladadaşın ilk məhəbbəti" filminin çəkilişlərindən danışıb.
Filmə çəkildikdən sonra anası onu danlayıb:
"Həmin filmə çəkiləndə Sumqayıtda yaşayırdım. Bu, o dövr üçün böyük cəsarət sayılırdı. Amma Sumqayıtda yaşadığım illərdə də "kupalnik" geyinirdim. Ancaq film ekranlara çıxandan sonra anam başıma oyun açdı.
Dedi ki, bu nədir çəkilmisən? Başqa film təklifləri gələndə anam deyirdi ki, icazə vermirəm. Onlar da deyirdilər ki, ay anam, bu başqa filmdir, çimərlik geyimində çəkmirik".
Qeyd edək ki, "Baladadaşın ilk məhəbbəti" filmi 1974-cü ildə çəkilib. Filmdə R.Musəvinin tərəf müqabili xalq artisti Şamil Süleymanlıdır. (olke.az)
MilliYol.Az