Döyüş zamanı düşmən təyyarələri daha dəqiq izlənəcək
İranın hərbi sənaye kompleksi “Kövsər” adlı yeni nəsil qırıcı təyyarənin kütləvi istehsalına başlayıb.
Bununla əlaqədar keçirilən mərasimdə iştirak edən İranın müdafiə naziri Əmir Hatəmi bildirib ki, yeni nəsil təyyarənin kütləvi istehsalı ordunun qüdrətini artıracaq.
Elektron cihazlarla təchiz olunan yeni qırıcı təyyarə hədəfi daha dəqiq vurmaq imkanına malikdir. Yeni sistemin vasitəsi ilə təyyarə döyüş zamanı düşmən təyyarələrini daha dəqiq izləyə bilər. Bunlarla yanaşı təyyarənin havada manevr etmək imkanları da artırılıb.
Xatırladaq ki, İran yeni texnologiyalarla hərbi məqsədlər üçün nəzərdə tutulan texnikalar istehsal edən az dövlətlərdən biridir. (azərtac)
MilliYol.az