Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp noyabrın sonlarında Argentinada baş tutacaq “G20” (“Böyük iyirmilik”) iclası çərçivəsində təkbətək görüş keçirəcəklər
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Putinin köməkçisi Yuri Uşakov deyib.
Onun sözlərinə görə, Parisdə keçiriləcək qısa görüşdən fərqli olaraq, iki lider arasında Argentinadakı 30 noyabr görüşü daha uzun və substantiv olacaq.
Qeyd edək ki, Putinlə Tramp 11 noyabrda Fransanın paytaxtı Parisdə keçiriləcək Birinci Dünya Müharibəsinin başa çatmasının 100 illiyinə həsr olunan tədbir çərçivəsində bir araya gələcəklər. Onların ilk təkbətək görüşü isə iyulun 16-da Finlandiyanın Helsinki şəhərində baş tutub.
MilliYol.az